Ərləriniz evə gəlmirsə, günahkar mən deyiləm - Qumral
19 Yanvar 2026
326
“Ərləriniz evə gəlmirsə, günahkar mən deyiləm” - mənim kimi xanımlar barmaqla sayılacaq qədər azdır
Müğənni Qumral Musayeva qalmaqallı açıqlamaları ilə diqqət mərkəzinə düşüb.
İfaçı qonaq olduğu “Rəngarəng” verilişində ona ünvanlanan mənfi şərhlərə sərt cavab verib. Qumral bildirib ki, insanlara irad bildirməzdən əvvəl hər kəs ilk növbədə özünə və ailəsinə baxmalıdır:
“Hamı əvvəl özünə, ailəsinə baxsın, sonra kimisə qınayıb pis sözlər yazsın. Evdə ərindən gün görməyən xanımlar aqressiyanızı mənə tökməyin. Ərləriniz evə gəlmirsə, bu mənim günahım deyil”.
Müğənni açıqlamasında özünü həm səhnədə, həm də həyatda fərqli qadın kimi dəyərləndirib və evdar qadınlarla bağlı da tənqidi fikirlər səsləndirib:
“İndiki zamanda mənim kimi xanımlar barmaqla sayılacaq qədər azdır. Elə evdar xanımlar var ki, işləmirlər, evdədirlər, amma evlərinə gedəndə qab-qacaq çirkli qalır, yemək olmur, uşaqlarına baxmır. Bəziləri günün böyük hissəsini telefonda keçirir, amma uşaqlarının günorta nə yediyini, meyvə yeyib-yemədiyini belə bilmirlər”.
Qumral Musayevanın bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi onun fikirlərini dəstəkləsə də, digərləri açıqlamaları sərt və ümumiləşdirilmiş hesab edərək tənqid ediblər.
DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Xəbər Lenti
Həyat yoldaşının etik olmayan görüntüləri yayılan məmurdan şok qərar - Video
19.01.2026 14:41
Cəmiyyət
Aparıcı etik olmayan görüntüləri yayılan Rəqsanəni tənqid etdi - Video
19.01.2026 14:35
Cəmiyyət
Ərləriniz evə gəlmirsə, günahkar mən deyiləm - Qumral
19.01.2026 10:15
Cəmiyyət
Ölmüşdü, ağzından köpük gəlirdi - Şəbnəm Tovuzludan üzücü xəbər
19.01.2026 00:04
Cəmiyyət
İllər əvvəl səhnədən gedən məşhur ifaçının toyudur - Video
18.01.2026 19:53
Cəmiyyət
Yaxşı ki, XX əsrdə Azərbaycanda sovet hakimiyyəti quruldu - Nadir
18.01.2026 12:52
Cəmiyyət
Musayevlər ailəsinin görüntüsü müzakirələrə səbəb oldu - Video
18.01.2026 12:52
Cəmiyyət
Nişanından görüntülər paylaşdı - Foto
17.01.2026 23:09
Cəmiyyət
İTV-nin aparıcısı boşandı - Foto
17.01.2026 21:09
Cəmiyyət
Azərbaycanda 18+ görüntülər efirə verildi, məşhur televiziyanın fəaliyyəti dayandırıldı - Video
17.01.2026 19:52
Cəmiyyət