“Ərimdən küsmüşəm, hər şeyimə qarışır - Gənc müğənni ərindən şikayətləndi - FOTO
"Ərimdən küsmüşəm, danışmırıq".
Bu sözləri müğənni Ülviyyə Namazova deyib.
İfaçı ərinin çox qısqanc olduğunu və geyimlərinə qarışdığını bildirib:
"Həddindən artıq qısqancdır. Hər şeyə qarışır. Geyimimə, getdiyim yerlərə və s. Kimsə mənə mesaj yazırsa, ona da qarışır ki, o sənə niyə elə yazdı?
O insan mənə heç vaxt xəyanət etməyib. Buna görə ona təşəkkür edirəm. Eləsə də, mənə hiss etdirməyib. Məni hamıya qısqanır. Qadınlara belə..." / bakıvaxtı.az