“Ərimdən küsmüşəm, hər şeyimə qarışır - Gənc müğənni ərindən şikayətləndi - FOTO

08 May 2024
66463da0d9515202405240848
3164

"Ərimdən küsmüşəm, danışmırıq".

Bu sözləri müğənni Ülviyyə Namazova deyib.

İfaçı ərinin çox qısqanc olduğunu və geyimlərinə qarışdığını bildirib:

"Həddindən artıq qısqancdır. Hər şeyə qarışır. Geyimimə, getdiyim yerlərə və s. Kimsə mənə mesaj yazırsa, ona da qarışır ki, o sənə niyə elə yazdı? 

O insan mənə heç vaxt xəyanət etməyib. Buna görə ona təşəkkür edirəm. Eləsə də, mənə hiss etdirməyib. Məni hamıya qısqanır. Qadınlara belə..." / bakıvaxtı.az