Ərim mənə qadağa qoyub - Aysun / VİDEO

"Ərim saat 09:00-da işə gedir, axşam 21-də evə qayıdır. Mən də gözəllik salonuna gedib bəzənirəm, axşam da toya gedirəm. Məclis bitəndən sonra evə gəlirəm. Əslində, yola getməyimizin səbəbi bir-birimizi gecə-gecə görməyimizdir". 

Bu sözləri ötən ilin dekabrında vəkil Ramil Vəliyevlə ailə quran müğənni Aysun İsmayılova "Tarixin bir günü" verilişində deyib. 

Proqramın aparıcısı Tarix Əliyevin (Tolik) "Ərin sənə hansısa qadağaları qoyub" sualına Aysunun cavabı belə olub: 

"Son zamanlar geyimimə çox diqqət yetirirəm. Rəqs etməyi çox sevirəm, amma ərim buna icazə vermir. Yenicə ailə quranda deyirdim ki, olar, qızlarla gedim görüşüm? İcazə vermirdi. Amma indi deyir ki, get, görüş".  / bizim.media