Əri ilə sevgilisinin döydüyü həkim danışdı: "İntim vəziyyətində tutdum" - FOTOLAR

28 Fevral 2024
65df87c91ecd0202402242145
486

Ərinin sevgilisi tərəfindən şiddətə məruz qalan həkim Aynur Əsədova hadisə ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, o hadisənin baş vermə səbəblərini açıqlayıb. A. Əsədli bildirib ki, o həyat yoldaşını onun iş yerində sevgilisi ilə intim vəziyyətdə tutub: "Mən şərəfsiz ərimin iş yerinə təsadüfən gedib (evin düz yanındadır), onu o qadınla intim vəziyyətdə gördüm. Qadın 1978 təvəllüdlü, Quba rayon sakini, çuşka, qızlarını Türkiyədə qoca kişilərə satan, eybəcər biridir. İllərdir bu qadın əl çəkmir ondan. Bu illərdə yoldaşımın onlarla məşuqəsi olub. Hər dəfə keçmişəm.. Elə ziyalı ailəsi deyiləni dağıtmamaq üçün. Çünki bu çürük cəmiyyət boşanan baxımlı qadınlara yüz ad qoyur..

Bu qızmış, qadından yoldaşım canını qurtara bilmir. Türkiyədən gələn kimi gəlir yatağına girir. Ona yoldaşım elə bizim məhəlləyə, evə yaxın ev tutub. Qubaya getməyə üzü yoxdur. Cəmiyyətin "atxodu" bir qadın. Yataqda nə oyunlardan çıxır, yazışma tutmuşdum.

Mən üstünə çıxdım, qadını söydüm, yoldaşıma da dedim seç! Ya o əxlaqsız, ya mən. Bu zaman qadın, küçə qadını, yumruqla üstümə gəldi.. Mən belə şey görməmişəm.. Mən qışqıranda isə, şərəfsiz ərim mənim ağzımı, başımı tutdu. Fahişə isə məni vurdu.

Xəbəri saytlara Mən verməmişəm! DİN-in mətbuat xidmətindən olub, çox təəssüf. Ailəmdə həll edə biləcəyim bir məsələni ölkə müzakirəyə qoyub..

Elə ağıllısız, tapın o qadını. Ailə dağıdan əxlaqsızı. Vahabova Aynur. 1978. Quba sakini. Bunu paylaşın. Qorxmayın, yumruqla gəlməz üstünüzə. İşi polisdə.

Mən qışqıranda, onu da deyim ki kənardan heç kim yaxın durmadı. Cavan oğlanlar var idi məhəllədə.. İki nəfərin birinə hücumunu görüb müdaxilə etmədi heç kim. Bax budur bizim cəmiyyət. Qınayanların başına gəlsin eynisi. Amin".