Ərdoğanın "Azərbaycan aslanı" dediyi qəhrəman kimdir? - Foto
Böyük Qələbəyə aparan yol çətin və mürəkkəb olub. Onillərlə davam edən bu şərəfli yolda minlərlə igid oğullarımız düşmənə qarşı son damla qanlarına qədər mübarizə aparıb, ölkəmizin müstəqilliyi və azadlığı yolunda şəhidlik zirvəsinə ucalıblar. Üçrəngli Bayrağımızın Azərbaycanın bütün ərazilərində dalğalanmasına görə hamımız bu qəhrəman övladlarımıza börcluyuq. Onlarla daim qurur duyur, fəxr edirik.
Azərbaycanın qəhrəman övladlarından biri də Aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrimizin tabor komandiri kapitan Mühüd Orucov idi. Vətənimizin mənafeyini hər şeydən üstün tutan Mühidin keçdiyi döyüş yolu hər bir azərbaycanlı, xüsusilə də hərbçilərimiz üçün örnək hesab oluna bilər.Uşaqlıq illəri13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində dünyaya göz açan Mühüdün uşaqlığı Ermənistan ilə sərhəddə yerləşən kənddə keçmişdi. Düşmən əhali arasında təlaş yaratmaq məqsədilə atəşi daim pozur, bu isə əhalini narahat edirdi, bəzən isə bu təxribatlar təsərrüfat işləri görən əhali düşmən gülləsinə tuş gəlirdi. Məhz bu düşmən təxribatları balaca Mühidin zabit olmaq qərarına səbəb olmuşdu. Atası Mühüdü düşməndən qorxmamağı, igid Azərbaycan əsgərlərinin onları qoruduğunu təlqin edirdi. Hərbi formaya xüsusi rəgbəti olan Mühüd atasına söz vermişdi: “Ya şəhid olacağam, ya da general”.Hərbi təhsil illəriMühüd orta məktəbi 8-ci sinifə qədər doğma kəndində oxudu, sonra isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil oldu. 2002-ci ildə Litseyi bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2006-cı ildə isə həmin məktəbi “qoşun kəşfiyyatı” ixtisası üzrə bitirdi. 2006–2007-ci illərdə isə Təlim-Tədris Mərkəzində zabit hazırlığını tamamladı.
Mühüd həm döyüşdə, həm xidmətdə daim tabeliyində olanlara və rəhbərliyə qarşı ədalətli və intizamlı olub, heç vaxt özünü tabeliyində olanlardan üstün tutmayıb, rəhbərlik tərəfindən döyüşlərdə fərqlənənləri heyətin təltif olunması üçün əlindən gələni edib, özünün təltifi barədə heç vaxt düşünməyib. Tabeliyində və ərtafında olan hərbçiləri daim böyük qələbəyə, torpaqlarımızı azad etməyə, şəhidlərimizin qisasını almağa səsləyib. Vətən torpaqlarını düşməndən azad edilməsi Mühüdin daimi həyat qayəsi idi.Mühüd xarakter olaraq fərqli insan idi. Ətrafında olan döyüşçülər onun istirak və ya rəhbərlik etdiyi xüsusi əməliyyatlarda nə qədər vətənpərvər, qətiyyətli, qorxmaz, savadlı və iradəli bir zabit olduğunu daim vurğulayılar. Döyüşçü dostları Mühüdlı istənilən əməliyyatda iştirak etməyə hazır idilər, çünki Mühüd Qələbə rəmzi idi. Onun iştirak etdiyi əməliyyatda döyüş tapşırığı mütləq yerinə yetirlməli idi.Hesab edirəm ki, vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərən Mühid Orucovun həyatı, keçdiyi şərəfli döyüş yolu, göstərdikləri müstəsna xidmətlər hələ tam şəkildə araşdırılmayıb. Mühidin iştirak etdiyi çox sayda xüsusi əməliyyatlar barədə məlumatlar müəyyən məhdudiyyətlər səbəbindən geniş auditoriyaya indiyə qədər məlum deyildi. Onların bəziləri barədə ictimaiyyətə məlumat vermək istəyirəm, cünki xalqımız qəhrəman övladlarını və onların bizim üçün etdikləri fədakar fəaliyyətlər ilə yaxından tanımalıdır. Xatırladıram ki, məqalə uzun həftələr ərzində Mühüdün ərtafında olan, onunla bərabər vəzifələrdə xidmət edən və döyüşlərdə iştirak edən vəzifəli şəxslərlə aparılan söhbətlərdən sonra yazılıb. Əldə edə bildiyim faktları olduğu kimi yazmışam. Bir kəlmə artırmadan. Amma bunlar hamısı deyil və müəyyən səbəblərdən əməliyyat detalları həddən çox qısa bir formada yazmışam.
Məqalədə bəhs edilən bəzi döyüş əməliyyatlarının düşmən üçün nə qədər ağır nəticələrə səbəb olduğu Ermənistan mətbuatında öz əksini tapıb.Bilinməyən qəhrəmanlıqlar25 mart 2012-ci ildə Gədəbəy rayon ərazisində düşmən təxribatının qarşısını alarkən Mühüd tabeliyində olan kiçik bir qrup ilə düşmənin üzərinə əks hücuma keçmiş və düşmənin postuna basqın etmişdi. Bu əks hücum nəticəsində Mühüdün qrupu düşmənin bir manqasının 10 nəfərə qədər canlı qüvvəsinin məhv etmişdir.25 dekabr 2012-ci ildə Gədəbəy rayon ərazisində Mühüd növbəti dəfə düşmən təxribatının qarşısını almaq məqsədilə tabeliyində olanlara əks hücuma keçməyi əmr edərək düşmənin 12 nəfər canlı qüvvəsini məhv etmişdir.25 dekabr 2014-ci ildə Ağdam rayon ərazisində düşmən təxribatının qarşısını alarkən Mühüd döyüş yoldaşları ilə düşmənin üzərinə əks hücuma keçərək döyüş mövqeyində olan və müqavimət göstərən düşmənin 10 nəfərə qədər canlı qüvvəsini məhv etmişdir.19-20 yanvar 2014-cü il Fizuli rayon ərazisində düşmən təxribatının qarşısını alarkən Mühüd tabeliyində olan kicik bir qrup ilə düşmənin mövqeyinə basqın edərək onun 14 nəfərə qədər canlı qüvvəsini məhv etmişdir. Bu əməliyyata görə Mühüd müdafiə naziri tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılıb.1-2 avqust 2014-ci ildə Ağdam rayon ərazisində düşmən təxribatının qarşısını alarkən Mühüd və yanındakı iki nəfələ birlikdə xüsusi təyinatlı bölmələrin üzərinə əks hücuma keçərək düşmənin 18 nəfər xüsusi təyinatlı bölməsini məhv etmişdir və döyüş yoldaşlarını düşmən pusqusundan xilas etmişdir. Bu əməliyyata görə Ali Baş Komandan İlham Əliyev cəbhə bölgəsində Mühüd ilə şəxsən görüşüb, ona uğurlar arzu edərək qiymətli hədiyyə- Qızıl Saat ilə mükafatlandırılıb.10-12 avqust 2015 ci ildə Goranboy rayon ərazisində başqa bir qrup düşmən təxribatının qarşısını alarkən Mühüd düşmən ehtiyatlarının əraziyə yaxınlaşmasının qarşısını almaq üçün tabeliyində olan az sayda heyətlə uğurlu pusqu əməliyyatı icra etmişdir. Nəticədə düşmənin “Kamaz” və UAZ markalı avtomobillərini 22 nəfər canlı qüvvəsi ilə birlikdə məhv edilmişdir.1-3 sentyabr 2015-ci ildə Kəlbəcər ərazisində düşmən təxribatının qarşısını alarkən Mühüd azsaylı heyət ilə “Canavar” postlari arasinda pusqu əməliyyatı icra edərək düşmənin bir “Kamaz” markalı avtomobilini və onun içində olan 16 nəfər heyət ilə birlikdə məhv etmişdir.17 dekabr 2015-ci ildə Goranboy rayon ərazisində düşmən təxribatının qarşısını alarkən Mühüd öz heyəti ilə pusqu əməliyyatı icra edərək düşmənin bir avtomobil texnikasını və 6 nəfər şəxsi heyətin məhv etmişdir.Son döyüş1 aprel 2016-cı ildə Goranboy rayon ərazisində düşmən təxribatının qarşısını alarkən Mühüd Talış kəndi istiqamətində düşmənin 22 nömrəli postunu ələ keçirmiş və düşmənin taqımının 13 nəfər şəxsi heyətini məhv etmişdir. Həmin postun müdafiəsi üçün 02.04.2016-cı il saat 23:00 radələrindən etibarən səhərə qədər düşmən hücumlarının qarşısını almışdır. Düşmən əks hücum zamanı onlarla canlı qüvvəsini itirərək geri çəkilmişdir. Səhərə qədər Mühüd öz bölməsi ilə fadakarlıq və qəhramanlıq göstərərək həmin postu əlində saxlamışdır. Artıq səhər açılanda düşmənin itkilərin sayını öz gözləri ilə görən hərbi hissə komandiri mayor Mirzəyev Murad Mühüdə demişdir: Əgər düşmənin bu itkilərini yuxarı komandanlıq görərsə, elə burada sizə “Milli Qəhraman” fəxri adı ilə təltif edərdi. Siz əsl qəhrəmansınız”.Səhərə qədər əks hücum edən düşmən bir nəticə əldə etmədiyinə görə növbəti əks hücumunu 03.04.2016-cı il tarixində saat 10:00 radələrində həyata keçirir. Bu əks hücumda düşmənin bir tank bölüyü, bir artliieriya bateriyası və bir xüsusi təyinatlı taboru iştirak edirdi. Mühüd hücuma keçən düşmənin bu qədər qüvvəsinin qarşısını almağın çox çətin olacağını bilirdi, amma həmin postda Mühüd və bölməsi 2 saat qəhrəmancasına və böyük fədakarlıqla döyüşdülər, əllərində olan silahlarla düşmənin bir neçə tankını və bölmələrini məhv etdilər.Sursatlar qurtarsa belə Mühüd postu son nəfəsinə kimi qəhramancasına müdafiə etmiş və sona qədər döyüş mövqeyini tərk etmədi. Düşmənin tank və artileriya atəşləri nəticəsində Mühüd tabeliyində olan heyətlə birlikdə döyüş mövqeyində qəhrəmancasına şəhid oldu.Beləliklə aprelin 3-nə keçən gecə Talış yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə mərmi partlayışı nəticəsində qəhrəmancasına şəhid olan Mühüd aprelin 9-da öz doğma kəndi Fərəhlidə böyük izdihamla son mənzilə yola salındı.Mühüd şəhid olanda sonra 5 yaşında iki əkiz övladı bizə yadigar qalıb. İndi artıq böyüyüblər və anlayırlar ki, onların ataları ilə hər bir Azərbaycan vətəndaşı fəxr edir.Biz Mühid Orucovu və onun Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi istiqamətində etdiyi qəhrəmanlıqları heç bir vaxt utunmayacağıq!Kapitan Orucov hələ xidmət illərində “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Qüsursuz xidmətə görə” III dərəcə, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcə, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” II dərəcə medalları onun fəaliyyətinin real göstəricisidir. Kapitan Mühüd Orucov şəhidlik zirvəsinə ucaldıqdan sonra Prezident İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalına layiq görülüb.Şəhadətin ZirvəsiAprel döyüşləri zamanı Mühüd Orucov düşmənin “keçilməz Ohanyan səddini” rahatlıqla keçən ilk qəhrəmanlardan biri oldu və adını Aprel döyüşlərinin tarixinə yazdırdı. Mühüd həm döyüşürdü, həm də yaralı əsgərlərini döyüş zonasından çıxarırdı. Son damlasına qədər bu vətənin bütövlüyü uğurunda döyüşən Mühidin şəxsi igidliyi sayəsində döyüş növqeyini qoruyub-saxlamaq mümkün olmuşdu. Sonradan Mühüdün azad etdiyi bu mövqelər Vətən Müharibəsi zamanı əks hücum üçün mühum plasdarm rolunu oynadı. 44 günlük müharibədə ilk uğurlamızın bir hissəsini məhz Mühüdün şəhid olduğu bu mövqelərdən başlayan hücumlar nəticəsində əldə etdik.Mühidin qəhrəmanlıqları və nailiyyətləri saymaqla bitməz. Bir zabitin 12 illik xidmət müddətində o qədər çox qəhrəmanlıqlar və nailiyyətlər əldə etməsi inanılmazdır. Daim ən çətin tapşırıqları üzərinə götürüb və daim birinci olub, hər bir döyüş vəzifəsinin öhdəsindən qəhrəmancasına gəlib. Mən çox sayda qəhrəmanlıq göstərən Azərbaycan hərbçiləri ilə birlikdə xidmət etmişəm, bəziləri ilə görüşmüşəm, onlar barədə döyüş yoldaşlarının fikirlərini dinləmişəm, bəziləri barədə oxumuşam, amma Mühüdün etdikləri tamam fərqlidir. Bunların bənzəri barmaqla sayılacaq qədərdir.Mühüdün adı Azərbaycanın Qəhrəman Övladları siyahısına qızıl hərflərlə yazılıb. Şəhid kapitan Mühüd Orucov Azərbaycan Silahlı Qüvvələrinə ən çox xüsusi təpşırıqları uğurla icra edən,hərbi xidmət dövründə həm Azərbaycan Prezidenti İlham Əliyev, həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm müdafiə naziri və XTQ komandanı tərəfindən dəfələrlə təltif edilən tək hərbçidir. Mühüd hansı vəzifədə xidmət etməsindən asılı olmayaraq daim nümunəvi insan, vətənpərvər və peşəkar zabit olub. Mühüd səhadəti ilə qəhrəman Azərbaycan zabitinin əbədi adbidəsini uçaldıb. Onun və digər qəhrəman şəhidlərimizin əziz xatirəsi xalqımızın və dövlətimizin yaddaşında əbədi yaşayacaq.Hərbi ekspert Ədalət Verdiyev