“Ər-arvad düşüblər ortalığa, şit-şit deyib-gülürlər...” - Yazıçı əsəbləşdi
02 Dekabr 2023
728
"O buna deyir ki, "səni yataqda tutdum", bu ona deyir ki, "mən də səni yataqda tutdum"! Nə deyəsən, bunların yeri elə yataqdır, də!
Bunu başa düşdük, bəs, yataq adamlarının televiziyada nə işləri var? Vallah-billah, biabırçılıqdır! Bunları televiziyalara niyə buraxırlar? Niyə televiziyaları "yataq yerlərinə" çevirirlər?”
Bu sözləri Yenisabah.az-a tanınmış yazıçı-publisist Xeyrəddin Qoca deyib.
Günlərdir mətbuatda manşetə çevrilən müğənni Nüşabə Musayeva ilə xalası arasında gedən “yataq qalmaqalı”na münasibət bildirən yazıçı bunu biabırçılıq adlandırıb:
“Televiziyaların rəhbərləri, bunları görmürsünüz, eşitmirsiniz? Sizdən başqa hamı görür, eşidir, axı! Sizin əvəzinizə başqaları utanır, başqaları xəcalət çəkir! Ayıb deyil? Məqsədiniz nədir? İnsanları onlar kimi yaşamağa çağırırsınız! Baş tutmayacaq! Millət şərəfli millətdir, millət namuslu millətdir! İçərisində əlbəttə, zir-zibil də var! Millət sizsiz həmin zir-zibildən can qurtarmaq istəyir! Zir-zibili süpürüb atmaq istəyir! Amma sizlər dayanmırsınız, ölkədə nə qədər iyrəncliklər var, xalqa tərəf "püskürdürsünüz! Çörəyinizi belə qazanırsınız? Bu qədər nifrətin, qarğışın, söyüşün müqabilində o çörəyi necə yeyirsiniz? Ər-arvad düşüblər ortalığa, şit-şit deyib-gülürlər, əttökən hərəkətlərlə camaatın ətini tökürlər! Bütün gün belələrinə ekran verilir! Ekran sizin dədənizin, babanızındır ki?”
O, teleaparıcıları da tənqid atəşinə tutub:
“Ağızlarının sözünü danışa bilməyənlər gecə-gündüz ekranlardadırlar! Küçə adamları, gədə-güdələr bu televiziyadan çıxıb, o birinə gedirlər! Eyni sifətləri nə qədər görmək olar? Hörmətli tamaşaçılar bilmirlərsə, deyim: İndi abırlı adamlar nadir hallarda televiziyalara gəlirlər. Adam tapılmadığı üçün, daim "öz adamlarını" dəvət edirlər. Necə deyərlər, "qazanc özümüzə qalsın"! "Oxuyanlar", müğənnilər yox ha, "oxuyanlar" səviyyəsiz toylardan, səs-küydən ibarət yığıncaqlardan qazandıqları pulların bir hissəsini gətirib "tökürlər" televiziyalara! Tənqid edənlərə də deyirlər ki, "dövlət müstəqil televiziyalara pul ayırmır, bəs, televiziyanı necə saxlayaq! Saxlamayın, bağlayın, bizə belə televiziyalar lazım deyil! Daha yazmayan, deməyən qalmayıb, sizin vecininizə deyil! Ey televizionşiklər, eşidirik, deyirsiniz ki, "xoşun gəlmir, baxma". Şəxsən mən sizin eybəcər verilişlərinizin heç birinə baxmıram! Mətbuatdan oxuduqlarımdan, eşitdiklərindən bilirəm ki, nə gündəsiniz!!!”
X.Qocanın sözlərinə görə, telekanallarda olan şou xarakterli verilişlər uğursuzdur:
“Biz televiziyalarda işıqlı adamları görmək istəyirik ki, gözümüz sevinsin! "Şou biznes" dediyiniz verilişlərə çıxardıqlarınızın heç birinin şoudan-filandan xəbərləri yoxdur! Yalnız bir məqsədləri var, özlərini göstərsinlər, toy tutsunlar, özləri kimilərindən pul qazansınlar! Biz axı, başqa ölkələrin də şou verilişlərinə baxırıq. Hər verilişin bir məqsədi, ideyası olur. Şou verilişləri lağlağı etmək, hır-hır hırıldayıb bir-birinə söz atmaq üçün deyil, axı!
Televiziyalar evlənmək, boşanmaq yeridir? Kişi arvadından şikayət edir, arvadı ərindən! Məncə, arvadından şikayət edən, onun eyiblərini bütün ölkəyə bildirən kişi "kişi", ərini ekranlarda rüsvay edən qadın da "qadın" deyil! Bir də onların ailə məsələlərinin tamaşaçılara nə dəxli var? Aparıcılar və "ekspert" dedikləri də özlərini müstəntiq kimi, hakim kimi aparırlar! Hansı ki, onların bəzilərinin heç ailəsi də yoxdur, tamaşaçılara "ailə dərsi" verirlər! Utanıb-qızarmırlar da!
Verilişlərin çoxunun mövzusu qardaş ölkədən götürülür, şit, bayağı şəkildə Azərbaycan tamaşaçılarına təqdim olunur. Elə verilişlər var ki, musiqisini də qardaş ölkədən götürürlər. Məsələn, "Kim milyonçu olmaq istəyir?" Verilişin adının özü gülüncdür, mənasızdır! Kim milyonçu olmaq istəməz ki?
Aparıcıların Azərbaycan dilində səlis, mənalı, məzmunlu danışa bilməmələri də biabırçılıqdır!
Yüngül xasiyyətli, ətli-canlı qadınların televiziyalarda ortalığa düşüb əzalarını tərpədə-tərpədə oynamaları lap biabırçılıqdır! Hansı birini deyək?”

REPORTAJ
Xəbər Lenti
ADY fövqəladə hallara HAZIRDIR
09.11.2024 21:03
Digər
"Avrasiya-Kinofest" qalibləri elan olundu
24.10.2024 19:20
Digər
Sürayə Ağayeva vəfat etdi - Foto
20.10.2024 00:09
Digər
“Məni tənqid edənlər dişini yumayanlardır”
18.10.2024 21:45
Maqazin
"Televiziyalar reytinqə görə uşaqların tərbiyəsini pozur"
18.10.2024 08:29
Maqazin
Gəncədə dəhşətli partlayış baş verdi - 2 ölü, 4 yaralı var - Foto
18.10.2024 07:56
Digər
Məsud Özilin Şamaxıda şəhidin ailəsini ziyarət etdi - Video
18.10.2024 00:23
Digər
Qəbələdə üç nəfər güllələndi - Ölənlər var
17.10.2024 21:59
Digər
Otelə çağırdığı qadın arvadı çıxdı - Ərin davranışı hamını şok etdi
17.10.2024 21:20
Maqazin
“İndiki zamanda qızın bakirə olub-olmamağının əhəmiyyəti yoxdur”
17.10.2024 16:35
Maqazin