Ən yaxın adamı Mehdiyevin həbsi barədə baxın nə dedi
15 Oktyabr 2025

185
Azərbaycan siyasi elitasının səhnəsində qəribə səssizlik hökm sürür. Dünənə qədər Ramiz Mehdiyevin adını eşidəndə ayağa qalxan, onun qarşısında baş əyən, “Ramiz müəllim” kəlməsini müqəddəs bir söz kimi tələffüz edənlər, bu gün qəribə bir qorxu içindədirlər. Əksəriyyət danışmaq istəmir. Heç kim etiraf etmək istəmir ki, bir vaxtlar bu ölkənin ən qorxulu, ən nüfuzlu, ən toxunulmaz adamının qapısında saatlarla gözləyib.
Bu sükutun ən diqqətçəkən ünvanlarından biri isə sabiq deputat, eks-səfir Elmira Axundovadır.
Musavat.com-un əməkdaşı onunla əlaqə saxlayaraq, bu gün ev dustaqlığında olan Ramiz Mehdiyevlə bağlı fikrini öyrənməyə çalışıb. “Ramiz Mehdiyevin ən yaxın çevrəsinə daxil olan şəxs olmusunuz, onun həbsinə münasibətiniz necədir?” sualına Elmira Axundova qısa və məzmunsuz cavab verib. “Təşəkkür edirəm, təşəkkür edirəm...” – və telefonu qapadıb.
Halbuki Elmira Axundova uzun illər boyu Ramiz Mehdiyevin ən sadiq ideoloji silahdaşı kimi çıxış edirdi. O, Mehdiyevin kitablarının təbliğatçısı, onun “ağsaqqal siyasətçi obrazının” yaradıcısı idi. Onun deputat mandatı da, səfir postu da Ramiz Mehdiyevin masasından keçmişdi. Axundova bir vaxtlar danos-məktublarında Mehdiyevə “mənim dostum və ağsaqqalım” deyə müraciət edir, 2018-ci ildə ona “Xalq yazıçısı” adını şəxsən təqdim etdiyinə görə fərəhlə danışırdı. Dünən “dostum”, “ağsaqqalım” dedikləri bu gün “şübhəli şəxs” statusundadır deyə ona münasibət də dəyişib. Bir vaxtlar donos-məktublarla öz ağsaqqalını tərifləyən və başqalarını ləkələyən biri indi danışmağa söz tapmır?
O məktub 2018-ci ilin payızında yazılmış, Ramiz Mehdiyevə sədaqət andı kimi təqdim olunan, amma əslində, bir çoxlarını hədəfə alan donos ruhlu yazı Elmira Axundovanın kimliyini çoxdan açıb.
İndi isə vəziyyət fərqlidir. Ramiz Mehdiyev yıxılıb, onun köhnə dostları, sabiq müttəfiqləri, ideoloji tərəfdaşları sanki dillərini udublar. “Ramiz müəllimlə” bir kadrda görünməkdən, hətta adını çəkməkdən qorxurlar.
Bəli, Elmira Axundovanın bugünkü “təşəkkür” cavabı, əslində, bir etirafdır. Ramiz Mehdiyevin uzun illər ərzində yetişdirdiyi “sadiq çevrəsi” indi onu tək buraxmaqla, əslində, həm də onun özünün mahiyyətini üzə çıxarır. Görünür ki, bu, sadəcə qarşılıqlı fayda üzərində qurulmuş bir münasibətlər teatrıdır. Elmira Axundova isə bu teatrın ən tanınan aktrisasıdır.
Bu sükutun ən diqqətçəkən ünvanlarından biri isə sabiq deputat, eks-səfir Elmira Axundovadır.
Musavat.com-un əməkdaşı onunla əlaqə saxlayaraq, bu gün ev dustaqlığında olan Ramiz Mehdiyevlə bağlı fikrini öyrənməyə çalışıb. “Ramiz Mehdiyevin ən yaxın çevrəsinə daxil olan şəxs olmusunuz, onun həbsinə münasibətiniz necədir?” sualına Elmira Axundova qısa və məzmunsuz cavab verib. “Təşəkkür edirəm, təşəkkür edirəm...” – və telefonu qapadıb.
Halbuki Elmira Axundova uzun illər boyu Ramiz Mehdiyevin ən sadiq ideoloji silahdaşı kimi çıxış edirdi. O, Mehdiyevin kitablarının təbliğatçısı, onun “ağsaqqal siyasətçi obrazının” yaradıcısı idi. Onun deputat mandatı da, səfir postu da Ramiz Mehdiyevin masasından keçmişdi. Axundova bir vaxtlar danos-məktublarında Mehdiyevə “mənim dostum və ağsaqqalım” deyə müraciət edir, 2018-ci ildə ona “Xalq yazıçısı” adını şəxsən təqdim etdiyinə görə fərəhlə danışırdı. Dünən “dostum”, “ağsaqqalım” dedikləri bu gün “şübhəli şəxs” statusundadır deyə ona münasibət də dəyişib. Bir vaxtlar donos-məktublarla öz ağsaqqalını tərifləyən və başqalarını ləkələyən biri indi danışmağa söz tapmır?

İndi isə vəziyyət fərqlidir. Ramiz Mehdiyev yıxılıb, onun köhnə dostları, sabiq müttəfiqləri, ideoloji tərəfdaşları sanki dillərini udublar. “Ramiz müəllimlə” bir kadrda görünməkdən, hətta adını çəkməkdən qorxurlar.
Bəli, Elmira Axundovanın bugünkü “təşəkkür” cavabı, əslində, bir etirafdır. Ramiz Mehdiyevin uzun illər ərzində yetişdirdiyi “sadiq çevrəsi” indi onu tək buraxmaqla, əslində, həm də onun özünün mahiyyətini üzə çıxarır. Görünür ki, bu, sadəcə qarşılıqlı fayda üzərində qurulmuş bir münasibətlər teatrıdır. Elmira Axundova isə bu teatrın ən tanınan aktrisasıdır.
DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Xəbər Lenti
Məşhur müğənninin yeni görkəmi təəccübləndirdi - Foto
16.10.2025 11:15
Cəmiyyət
Ən yaxın adamı Mehdiyevin həbsi barədə baxın nə dedi
15.10.2025 22:46
Cəmiyyət
Görüntüsü ilə məşhurlaşan dilənçi qız saxlanıldı - Şok video
15.10.2025 20:32
Cəmiyyət
Ramiz Mehdiyevdən dövlətə xəyanət etməsi ilə bağlı suala reaksiya
15.10.2025 19:41
Cəmiyyət
Qızından Mehdiyevin həbsinə reaksiya
15.10.2025 17:25
Cəmiyyət
Xalq artistinin elə bir görüntüsü yayıldı ki... - Video
14.10.2025 18:29
Cəmiyyət
Şərurlu İsfəndiyarın iş otağında gizli kamera qalmaqalı
14.10.2025 10:42
Cəmiyyət
Atanın sahib ola biləcəyi ən gözəl şey yanında olan iki etibarlı çiyindir - Emin övladlarından yazdı
14.10.2025 02:53
Cəmiyyət
Xalq artisti illər sonra üzə çıxdı - Foto
13.10.2025 13:45
Cəmiyyət
Namiq Qaraçuxurlu ilk dəfə xanımını nümayiş etdirdi - Foto
13.10.2025 07:24
Cəmiyyət