Ən səssiz dualarımın cavabısan - Həyat yoldaşını belə təbrik etdi - Foto

11 Yanvar 2026
6963444c564ba202601263348
149

Xanımı Sevinc Şirinov Xalq artisti Natiq Şirinovla bağlı paylaşım edib.

O, nağara ifaçısı ilə evliliklərinin 29-cu ildönümü olduğunu bildirib.

"29 il. Sən mənim bu ömürdə ən böyük dayağım, ən səssiz dualarımın cavabısan" deyə, Xalq artistinin xanımı yazıb.

Qeyd edək ki, cütlüyün 3 övladı var. Oğulları Ümid Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimə ilə evlidir. Onların Şəms adlı bir qızları var. / Axşam.az