"Ən böyük arzum ata olmaqdır" demişdi - 7 ildən sonra arzusuna belə qovuşdu - FOTO

Bir neçə gün əvvəl ata olan aktyor Nicat Rəhimov övladı ilə ilk fotolarını paylaşıb. 

Qızı ilə şəkil yayımlayan sənətçi övladına Mehriban adını qoyduğunu vurğulayıb:

“Bu, Allaha təşəkkür postudur. Həyatımıza dəyər qatan, bəzək qatan, uzun illər sonra mənə ata adını qazandıran Mehriban qızım, xoş gəldin. Bizə dua edən, bizimlə bir sevinən insanlara təşəkkür edirəm. Allah bütün səbr edənlərin mükafatını versin.

Qeyd edək ki, Nicat Ülviyyə adlı xanımla ailəlidir.  / Axşam.az