“Əminə ilə fəxr edirəm”

Xalq artisti Emin Ağalarov kunq-fu üzrə dünya çempionatında “light sand” döyüşü üzrə dünya çempionu olan qızı Əminə ilə bağlı paylaşım edib. 

Emin instaqram səhifəsində paylaşılan postda bu sözləri qeyd edib:

“Bu, Əminənin iştirak etdiyi ilk beynəlxalq yarış idi. Qızım 11 yaşında birinci yeri tutdu. Atası olaraq Əminə ilə fəxr edirəm. O, yarışlara olduqca ciddi şəkildə hazırlaşırdı. Gündə iki dəfə mənim nəzarətim altında məşq edirdi. Əminə hansı qərarı versə, mən və anası onun tam dəstəkləyəcəyik. Bütün uşaqlarımıza uğur olsun!”. / Olay.az