Əməkdar artistdən xanımına sevgi dolu sözlər - Video

17 Dekabr 2025
6942de53d01d3202512254611
193

Xəbər verdiyimiz kimi, aktrisa İlqarə Tosovanın ad günü olub.

Şəhər restoranlarından birində keçirilən məclisdən video sosial şəbəkədə yayılıb. Aktrisanın həyat yoldaşı, Əməkdar artist Ayşad Məmmədov onunla bağlı sözləri ilə diqqət çəkib.

Aktyor xanımına sevgi etirafı edərək "Göz, qığılcım olduqca səni kəşf edəcəyəm. Həmişə mənim üçün maraqlı olmusan. Gün o gün olsun ki, gəlib sənə çata bilim" sözlərini deyib. / Axşam.az