Elşad Miri masonların Bakı toplantısında iştirak edib? - ŞOK İDDİA

04 İyul 2024
6686ba25b4087202407240509
1424

Bakıda Azərbaycan Böyük Mason Lojasının Məclisi keçirilib. Dünyanın müxtəlif ölkələrindən olan loja üzvləri Azərbaycana gəlib.

Bu haqda Rusiya Böyük Mason Lojasının səhifəsində məlumat verilib. İddialara görə, toplantı iyunun 28-də baş tutub.

Sosial şəbəkələrdə müzakirə yaradan məsələdə tanınmış ilahiyyatçı Elşad Mirinin də adı hallanır. İddialara görə, sözügedən toplantıda ilahiyyatçı da iştirak edib.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Elşad Miri haqqında səsləndirilən iddiaların gülünc olduğunu bildirib:

“Belə bir toplantının keçirildiyini mən haradan bilə bilərəm? Bu toplantının keçirilməsinin doğru olub-olmadığını deyə bilmərəm, bəlkə də keçirilib.

Sadəcə iyunun 28-də bir çoxları kimi rəsmi şəkildə Amerika səfirliyində keçirilən tədbirdə iştirak etmişəm. 4 iyul Amerikanın müstəqilliyi günü ilə bağlı səfirlikdə toplantı oldu ki, bu da hər il keçirilən toplantıdır. Başqa şəxslərlə birlikdə mən də orada iştirak etmişəm, vəssalam. Toplantıdan sonra da çıxıb dostlarımızla oturub çayımızı, kofemizi içmişik.

Əgər Böyük Mason Lojasının toplantısı keçirilibsə, bu məxfi toplantını kim üzə çıxarıb? Bu, gülünc məsələdir. Belə bir toplantının keçirilməsini də ilk dəfədir sizdən eşidirəm.

Əgər belə bir toplantı olursa, həmin Böyük Mason Lojası batsın ki, bunu hamı bilir və açıq şəkildə sosial şəbəkələrdə yazır. Onda bunun harası gizli mason lojası oldu?!”