Elməddin Cəfərovun həyat yoldaşı görün kim imiş - İlk dəfə efirə çıxdı - FOTO

Aktyor Elməddin Cəfərov ilk dəfə həyat yoldaşı Zema ilə kamera qarşısına keçib. 

"Zaurla Günaydın" aktyorun Gəncədəki evində qonaq olub. Zema heç vaxt görüntüsünün yayılmadığından danışıb. O bildirib ki, bunu ona Elməddin qadağa qoymayıb. "Bu, mənim öz seçimimdir" deyə, o, bildirib. 

Zema müəllim çalışdığını, bir neçə kitabın müəllifi olduğunu deyib. 

Qeyd edək ki, cütlüyün 2 oğul övladı var.