Əli Kərimlinin evində tapılan Mehdiyevin məktubunun ilkin variantında nə yazılıb?

30 Noyabr 2025
692bda0f126db202511254551
1007

Xəbər verdiyimiz kimi DTX AXCP sədri Əli Kərimlinin evində axtarış aparıb.

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, axtarış zamanı evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapılıb. 

Dəlillər AXCP sədrinin “Boz kardinal”la əlaqələrinin olduğu şübhələrini ciddiləşdirir. İlkin araşdırmalar zamanı müxtəlif ünvanlarda axtarışlar aparıldığı, çoxsaylı şahidlərin dindirildiyi, əhəmiyyətli sübutlar əldə edildiyi barədə məlumatlar yayılıb.

***

Sabiq deputat, Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldığını açıqlayıb. 

Bu barədə o, sosial şəbəkədəki hesabında məlumat paylaşıb.

Hacıbəylinin sözlərinə görə, İstanbulda kirayədə yaşadığı mənzildə Türkiyə təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq karakola aparılıb:

“Oğlumla birlikdə evdə olduğumuz vaxt qapını döydülər. Əmniyyət əməkdaşları məni karakola aparacaqlarını bildirdilər. Türkiyəyə 25 sentyabrda gəlmişəm, qalma müddətim bitməyib, iki illik oturma iznim də var”, – o qeyd edib.

Keçmiş deputat bildirib ki, saxlanılması ilə bağlı ona hər hansı səbəb izah edilməyib. Onun sözlərinə görə, sabah iştirak etməli olduğu İELTS imtahanına gedəcəyi barədə müraciətinə də müsbət cavab verilməyib.

O, həmçinin qeyd edib ki, saxlanılması siyasi sifarişdi və Ramiz Mehdiyevlə bağlı ola biləcəyini bildirib:

“Ramiz Mehdiyevlə əlaqəsi olandan şərəfsiz adam yoxdur. Günahsız olduğum halda məni şərləyənləri Allaha tapşırıram”

Qeyd edək ki, dünən AXCP sədri Əli Kərimli də DTX tərəfindən saxlanılıb.

Məlumatlara görə, ona qarşı irəli sürülən ittihamlar “hakimiyyəti zorla ələ keçirməyə cəhd” maddəsi və digər əlaqəli epizodlarla bağlıdır. Faktla bağlı istintaq davam edir. Bakupost.az