Əhmədin sonuncu məhkəmədə geyindiyi köynəyin üzərində nə yazılmışdı? - Kimə mesaj verib? -FOTO

Beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun sonuncu məhkəmə prosesində geyindiyi köynək diqqət çəkib.

Həmin köynəyin üzərində "Traditional Art" yazısı qeyd olunub. Bu isə ingilis dilindən tərcümədə "ənənəvi sənət" anlamına gəlir.

Maraqlıdır, cəzasının sərtləşdirildiyi son məhkəməyə məhz bu köynəklə gəlməsi təsadüfdür? Yoxsa, o, bununla da hansısa mesajı verməyə çalışıb?

Xatırladaq ki, Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Məhkəmənin hökmünə əsasən, Əhməd Əhmədov cəzadan azad edilib. Onun barəsində ixtisaslaşmış psixatriya xəstəxanasında (Respublika Psixiatriya Xəstəxanası) məcburi müalicə tətbiq edilməsi barədə qərar çıxarılıb.

Qeyd edək ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirib. / savashmedia.az

Şəkillər