Efirdə elə hərəkət edirlər ki, onların bir yiyəsi, uşağı, ailəsi yoxdur?

Xalq artisti İlham Namiq Kamal sənət adamlarını tənqid edib. 

Aktyor bu haqda "Gündən-günə" verilişində danışıb. O bildirib ki, bəzi sənət adamlarının efirdə davranışını bəyənmir:

"O sənətkarlara böyük hörmətim var ki, həyatda başqa, səhnədə tam başqadırlar. Bəziləri var ki, bir rol oynayır, həyatda da özünü o cür aparırlar. Bəzi sənət adamları çıxıb efirdə elə hərəkət edirlər ki... Utanıram, xəcalət çəkirəm. Düşünürəm ki, görəsən onun bir yiyəsi, uşağı, ailəsi yoxdur? Ona görə də təvəzökar olmaq lazımdır. Allah sənət, görkəm verir, başqa nə lazımdır?".  / Axsam.az