Efirdə biabırçı görüntülərini görən sənətçi danışmağa söz tapmadı - VİDEO
“Elgizlə izlə” verilişində meyxanaçı Samirə Yusifqızı ilə qonaqlar arasında dava düşüb.
Buna səbəb meyxanaçının restoranların birindən yayılan rəqsi səbəb olub. Bildirilib ki, görüntülər Samirənin qızı Fərəh tərəfindən sosial şəbəkədə yayımlayıb. Proqramda qonaq qismində iştirak edən jurnalist Ramilə Sultan müğənninin rəqsini tənqid edib və tərəflər arasında gərginlik yaranıb.
Tərəflərin bir-birinin ünvanına səsləndirdikləri fikirlərə görə mikrafonlar söndürülüb. Verilişin aparıcısı Elgiz Əkbər günahı videonu yaydığı üçün Samirənin qızında görüb. Tərəflər arasındakı gərginliyə Elgiz özü də sərt reaksiya verib. / Axşam.az