DYP əməkdaşına “Haran ağrıyır, rəis?” dedi, görün nə cavab aldı
Naxçıvan şəhərində içkili halda Dövlət Yol Polisi (DYP) əməkdaşı ilə zarafatlaşan şəxs saxlanılıb.
“Qaynarinfo”nun məlumatına görə, 1965-ci il tarixdə Naxçıvan rayonu, Aşağı Uzunoba kəndində anadan olmuş Nihal restoranda yeyib-içdikdən sonra yol kənarında dayanan DYP əməkdaşına yaxınlaşaraq “haran ağrıyır, rəis” ifadəsini işlədib. Daha sonra Nihal - “komandir üzr istəyirəm, sizi səhv salıb zarafat etdim”, - deyib.
DYP əməkdaşı - “siz kimsiniz ki, mənimlə zarafat edirsiniz?” - cavabını verib və hadisə yerinə PPX əməkdaşları çağırılıb.
Nihal saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim olunub.
Məhkəmənin qərarı ilə Nihal 150 manat məbləğində inzibati qaydada cərimə edilib.
/oxu.az