Dövlət Nigar Camala ev verib - VİDEO
Müğənni Nigar Camal aldığı ən bahalı hədiyyədən danışıb.
Bu barədə sənətçi qonaq olduğu “Günaylı gün” verilişində danışıb.
O bildirib ki, “Avroviziya”da qalib gəldikdən sonra dövlət tərəfindən ona ev bağışlanıb:
“İndiyə kimi ən bahalı hədiyyəm ev olub. Qələbə qazandıqdan sonra bizə ev verdilər”.
Qeyd edək ki, Nigar Camal və Eldar Qasımov Azərbaycanı 2011-ci ildə “Avroviziya” mahnı müsabiqəsində təmsil ediblər. Onlar ölkəmizə qələbə ilə qayıdıblar. / oxu.az