“Dincəlin, “stop”um yoxdur - Pərvin / FOTO

11 Mart 2024
65dca88e7c35c202402240446
239

Aktrisa Pərvin Abıyevayanın ölkədən çıxışına “stop” qoyulacağı barədə yayılan məlumatlara münasibət bildirib.

Bu barədə o, instaqram hesabında paylaşım edib.  Aktrisa İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatını izləyiciləri ilə bölüşərək bunları yazıb:

“Dincəlin, “stop”um yoxdur. Gündə başıma bir komediya çıxartmayın”.

Qeyd edək ki, Qaynarinfo-nun iddiasına görə, Abıyevanın 9686.03 AZN vergi borcu var və bu səbəbdən onun ölkədən çıxışına məhdudiyyət qoyula bilər.  / Olay.az