Dilarə: "Mənimlə ailə qurmaq istəyən çoxdur"
“Bəzən olur kişi işləyir, arada boşluq yaranır. Bu heç. Amma hərdən də heç çalışmır. İşləməyən kişidən qorxuram”.
Bu sözləri müğənni Dilarə Əliyeva “Mətbəxdə ağa” proqramında deyib. Sənətçi çalışmayan kişilərdən danışıb:
“O, məndən pul istəyəcək. Nə olacaq? Evi kim dolandıracaq? Gəlib mənim evimdə qalacaq. Mən də onu dolandıracağam. Nə yaxşı”.
Aldığı evlilik təklifindən danışan Dilarə “6 ay bundan əvvəl evlilik təklifi almışam. Amma o, istədiyim insan olmalıdır. Çox ailə qurmaq istəyən var. Amma o, mənim istədiyim, sənətimi qəbul edən olmalıdır” sözlərini əlavə edib. / Axşam.az