“Deyirlər, nə yolla olursa-olsun, qeyri-qanuni uşaq dünyaya gətirməliyəm” - Elza
"Bəstəkar mahnılarını oxuya bilməzlər. Bu təlabat deyil, sadəcə bacarmırlar. Bütün bədənlərini "silikon"la doldurublar. Bunlar Allahı da tanımırlar. Allahı tanımayan öz musiqisini tanıyar? Bir insan ki, öz bədənini bəyənmir".
Bu sözləri əməkdar artist Elza Seyidcahan "Şəbnəmlə iç üzü" verilişində deyib.
O, gənc həmkarlarını tənqid edib:
"Onlar bu dəqiqə deyirlər ki, nəyin bahasına olursa-olsun altımda "Cip" markalı avtomobil, bir villa olmalıdır. Üzr istəyirəm, nə yolla olur, olsun qeyri-qanuni uşaq dünyaya gətirməliyəm, atasız, anasız, bibisiz, əmisiz, dayısız, xalasız... Bir qanadlı övlad dünyaya gətirməliyəm... Sonra isə həyatımı tək yaşamalıyam, özümə karyera qurmalıyam. Bəzi qızlarımız bu gün bu düşüncədədilər". / teleqraf.com