Deyirəm cavanlaşma əməliyyatı etdirməmişəm, heç kəs inanmır - FOTO

03 May 2024
6632b3ae44ec5202405242710
339

Əməkdar artist Könül Kərimova etdirdiyi estetik əməliyyatdan danışıb.

Verilişlərin birində ifaçı üçün hazırlanmış videoçarx təqdim olunub.

Aparıcı Cavid Gül ona “altı-yeddi klipdən istifadə olunub, hərəsində də fərqli-fərqlisiniz. Bu roldan-rola, cilddən-cildə girmək makiyajdırmı, əməliyyatdırmı, yoxsa içəridəki artistlik bacarığıdır” sualını ünvanlayıb.

“Deyirəm, heç kəs inanmır. Hər kəs bir cür qəbul edir. Cavanlaşma deyilən əməliyyatlardan heç nə etdirməmişəm. Sadəcə, burun əməliyyatı keçirmişəm. Mən ifa etdiyim mahnılara istər saç düzümümdə, istər geyim tərzimdə uyğunlaşmağı sevirəm”, - deyə Kərimova söyləyib. / Olay.az