“Dedi ki, manyaksan, niyə səninlə evlənim?”

Türk müğənni Doğuş Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı ilə bağlı açıqlamalar verib.

O, Armağan Çağlayanın “Şimdiki aklım olsaydı” verilişində danışıb. Doğuş əvvəlcə tanışlıqlarından söz açıb:

“Məni verilişə dəvət etmişdilər. Mən də bir sığınacağın bank hesabını göndərmişdim ki, ora pul göndərsəniz, gələrəm. Onlar da göndərdilər getdim. Proqramdan əvvəl xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşdük. Orada uşaqlara ana kimi qayğısı çox səmimi gəlmişdi. Səhəri gün verilişə çıxdım, efirdən sonra dedim ki, mənimlə evlən. Dedi ki, sən manyaksan, niyə səninlə evlənim? Evlilik belə o dəqiqə olurmu? Dedim, niyə olmasın? Bundan sonra biz 6 ay sadəcə mesajlaşdıq. Normal danışırdıq, hal-əhval tuturduq. Sonra məni konsert verməyə dəvət etdi. 

Qəbul etdim. Amma mənim konsertimdən 1 gün əvvəl Azərbaycanın şəhidi oldu. Dedim, mən konsert verə bilmərəm, şəhidimiz var. Fərqi nədir ki, Azərbaycan ya Türkiyə. Şəhid olub, necə oxuyaq, oynayaq? Xoşqədəm xanım gəldi, dedi ki, bəs, məşq etmirsiniz, axşam konsert var? Dedim, sən harada yaşayırsan? Nə konsert, xəbərləri izləmirsən? Konsert verə bilmərik. O an ağlayıb, məni qucaqladı. Çox milliyətçi, Vətənini sevən insandır. Müharibə müxbiri kimi çalışıb. Soruşdu ki, evlənmə təklifin hələ də keçərlidir? Dedim, keçərlidir. Dedilər, 3 ay sonra bunlar boşanar. Sonra 6 ay, 1 il olmaz, 2 ilə dəqiqdir boşanacaqlar. 2 oğlum oldu. Məni idarə etməyi bildi, sağolsun. Çünki çətin adamam. Ailədə yaşamamış biri nə qədər ailəyə bağlı ola bilər ki? Məni bu mövzuda düzəltdi”. / Olay.az