Damla farsca oxudu, tənqid olundu - VİDEO

Müğənni Damlanın növbəti ifası müzakirə yaradıb.

Damla bu dəfə iranlı müğənni Ragheb Boriginalın mahnısını oxuyub. Onun tənqid olunmasına səbəb də elə bu olub.

İstifadəçilər onun ana dilimizdə yox, farsca ifa etməsinə irad bildirib. Daha çox ifaçıya cənubi azərbaycanlı həmvətənlərimiz tənqidi fikir yazıb.

Rəylərdən birində “Biz İranda çalışırıq ki, türk mahnılarının sədası yüksəlsin. Sən də Azərbaycanda farsca oxuyursan. Çox heyif” fikirləri qeyd olunub. / Olay.az