Daha bir tanınmış sima müğənniliyə başladı - FOTO
"Əslində Türkiyədə keçiriləcək yarışmaya qatılmaq istəyirdim. Orada gecikdim, ona görə də düşündüm Azərbaycanda şansımı sınayım. Anam azərbaycanlı, atam türkdür. Yarışmaya qatılmaq o qədər də asan olmadı. Azərbaycana ilk gəlişim idi. Yarışmadan əvvəl dərslər aldım. Müsabiqədən sonra bir çox proqramda qonaq oldum".
Bu sözləri Axşam.az-a açıqlamasında "Best Model of Azerbaijan-2022" qalibi Liza Uzun deyib. Yarışmada birinci seçilməsi ilə böyük səs-küyə səbəb olan Liza bu uğurundan sonrakı həyatından danışıb:
"Birinci olmaq ümüdim yox idi. Yarışmada çox gözəl və bacarıqlı qızlar var idi. Buna görə çox çətin oldu, amma qazandım. Ondan sonra "Best model of the world"ə qatıldım. Dünyada "Best fotomodel" oldum. İlk beşlikdə yer aldım".
"Təklifləri dəyərləndirmədim. Özümü modellik işində görmədim. Getdim aktrisalıq dərsləri aldım. Azərbaycanda, Türkiyədə filmə çəkilmək dəvəti alsam da, razılaşmadım. Bu işin də mənim üçün olmayacağını anladım".
Liza hazırda müğənni kimi fəaliyyətə başladığını, yeni mahnı yazdırdığını söyləyib:
"Sonra musiqi ilə məşğul oldum. Əslində, uşaqlıqdan arzum müğənni olmaq idi. 6 il musiqi məktəbində oxumuşam. Hazırda müğənni kimi fəaliyyət göstərməyə çalışıram. Türkiyədə yeni bir mahnı yazdırdım. İngilis dilindədir. Tək Türkiyə, Azərbaycan yox, bir çox xarici ölkədə təqdim ediləcək. Klip çəkilişi Dubayda olacaq. Çox seviləcəyinə əminəm. "Habibi, come to Dubai" adlanır. Amma bu, bildiyimiz eyniadlı mahnı deyil. Tam fərqlidir. Məncə, müğənnilik əsl mənim işimdir. Sərbəst olursan, özün öz işinin müdirisən".
"Bu işə qatıldıqdan sonra nə istədiyimi anladım. Libasım öz ideyamdır. Bütün səhnə geyimlərimi özüm hazırlayacağam. Başqa yerdən aldığım geyimlər həmişə mənə böyük qalır. Hazırda ancaq özüm üçün geyimlər hazırlayıram. Gələcəkdə moda evi açıb, satış da edəcəyik. Hazırda bütün diqqətimi müğənniliyə ayırmışam. Uşaqlıqdan rəsm çəkmişəm. Hətta Gürcüstanda İsa peyğəmbərin rəsmini çəkmişdim. Onda yarışmada Gürcüstan birincisi olmuşdum. Həmin ərəfədə ailəmlə birlikdə Gürcüstanda yaşayırdıq".
Foto: Ramin Aslanov