Çox insan elə zənn edir ki, sinəm... - Səidə etiraf etdi - FOTO
“Plastik əməliyyatlar bizim cəmiyyətdə də adiləşib. Mən özüm də plastik əməliyyat etdirmişəm. Niyə də etdirməyim? Bu əməliyyatlar yaxşı görünmək üçün edilir. Bəlli məsələdir ki, yaşımız gedir. Ömür boyu cavan qalmayacağıq ki… Ona görə əməliyyat etdirmək lazımdır”. Bu sözləri Səidə Sultan Bizim.media-nın əməkdaşı ilə söhbətində deyib. Plastik əməliyyatlardan söz açan sənətçi haqqında yayılan “sinə böyütmə” (mamoplastika) əməliyyatını etmədiyini dilə gətirib: “Çox insanlar elə zənn edirlər ki, sinə əməliyyatı keçirmişəm. Xeyr, özümündür (gülür). Yalnız burnumun (rinoplastika – red.) və gözlərimin formasını dəyişdirmişəm (bleforoplastika – red.). Başqa heç bir əməliyyat etdirməmişəm”. Səidə həmkarlarının ard-arda keçirdikləri omba əməliyyatlarına da münasibət bildirib: “Mən əməliyyatlara pis baxmıram. Amma plastik əməliyyat edəndə də gərək əndazəni aşmayasan. Kənardan yekə omba heç də yaxşı görünmür. Baxanda bilir ki, bu bədəninin müəyyən yerini reklam üçün böyüdüb”. “Bədəninizin hansı nahiyyəsini plastik əməliyyatla dəyişmək istəyərdiniz?” sualına isə cazibədar müğənninin cavabı belə olub: “Mən bədənimin heç bir nahiyyəsini dəyişmək istəmərəm. Çünki vücudum idealdır və çox xoşuma gəlir. Allaha min şükür, hər şey yerindədir”.