Cazibədar şahmatçı gündəm oldu - FOTOLAR
Bu həftəsonu Astanada şahmat dünyasının əsas hadisəsi başlayıracaq. Yan Nepomniyaşi və Dinq Liren dünyanın ən yaxşı şahmatçısı adı uğrunda mübarizə aparacaqlar. Bu mübarizəni xeyli sayda tamaşaçının izləyəcəyi dəqidir. Onların gözlərinin həm də Sesile Ossernoda olacağı da dəqiqdir.
O, Fransanın tanınmış qadın şahmatçılarından biridir. 5 yaşından bu idman növünün sirlərini öyrənməyə başlayıb. Sesile U-8, U-10, U-14 (iki dəfə), U-16 və U-20 kateqoriyalarında Fransa çempionu olub. Bununla da öz nəslinin ən istedadlı oyunçularından biri olduğunu sübut edib.
Osserno tək qızların yarışında çıxış etməyib. O, oğlanlarla mübarizələrdə də uğurlu olub. 2010-cu ildə U-12 kateqoriyasında gənclərin ölkə çempionatının bürünc medalını qazanıb. Beynəlxalq turnirlərdə də nəticələr əldə edib. Sesile U-10 və U-12 kateqoriyalarında iki Avropa Çempionatının qızıl medalına sahibdir. 2017-ci ildə blits üzrə Avropa çempionatında 4-cü olub.
Onun ölkə xaricindəki uğurları hələ ki, bunlardır. Klassiklərdə ən yaxşı reytinq xalı 2242 olub. Hazırda isə bu göstərici 2141-dir.
Sesile Birləşmiş Ərəb Əmirliklərində yaşayır. Şahmatla bağlı verilişlər və canlı yayımlar hazırlayır.