"Camaat lüt gəzir, bizim adımız çıxıb" - Şəhərə çıxan müğənnidən maraqlı irad - VİDEO
Müğənni Günel Ələkbərova şəhərdə gəzərkən qızların geyimlərinə təəccüblənib.
İfaçı bunla bağlı video paylaşıb. O bildirib ki, qızlar çox açıq-saçıq geyinirlər. Eyni zamanda müğənni xanımların plastik əməliyyatla ombalarını böyütmələrinə lağ edib:
"Camaat lüt gəzir. Bizim adımız çıxıb. Əksəriyyəti elə bil ana qarışqadır. Hamısının beli bir damcı, ombaları nə boyda. Əməlli yük daşıyırlar". / Axsam.az