Cabir İmanov ilk dəfə xanımı ilə görüntüləndi - Foto
Əməkdar artist Cabir İmanov həyat yoldaşı ilə görünüb.
Aktyor həyat yoldaşı Zara İmanova ilə birlikdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən "Tağıyev: Neft" bədii filminin premyerasına qatılıb. Qeyd edək ki, C.İmanov 2015-ci ilin iyulunda ikinci dəfə ailə qurub. Aktyorun ilk evliliyindən iki qız övladı var. Onun ikinci nikahından oğlu dünyaya gəlib. / axşam.az