"Buzovnada xala tutmuşam "rasxodlarımı" qarşılayır": Bu görüntülər aləmi bir-birinə qatdı - Video
“Ayıq Sürücü” filminin komandası təhdid olunur.
Bu barədə ekran işinin ssenari müəllifi və aktyoru Əli Ucal məlumat yayıb. O, açıqlamasında bildirib ki, günlərdir davam edən təhdidlərə səbəb layihədə məkan kimi Buzovnanın göstərilməsidir:
“Çox ciddi təhdid altındayam. Nəinki mən, filmin digər iştirakçıları da təhdid altındadır. Neçə gündü gah zarafatla yanaşıram, gah uzun-uzadı açıqlama verirəm, gah müsahibə verirəm, gah üzrxahlıq edib məsələnin bitməyinə çalışıram, amma görürəm bu şəkildə olmur. Az qala 1 həftədir boş-boş adamlar video müraciət edib önəmli nəsə deyirmiş kimi özlərini camaata göstərir. Fərqli-fərqli profillərdən saysız-hesabsız təhdid mesajları alırıq. Kişiləri keçdim, yaşlı qadınlar yazıb bizi "razborka"ya çağırır. Bizə qarşı birləşib polisdən tutmuş nazirliyə, məhkəmədən tutmuş, sayılıb-seçilən sənət adamlarına qədər əsassız şikayətlər edirlər. Məsələ o qədər çirkinləşib ki, hətta məscidlərindəki xütbələrində bizə qarşı lənətlər yağdırırıb filmi sildirmək istəyirlər. Bəli, məhz filmi sildirmək! Və nə qədər gülünc də olsa bütün bunlar "Ayıq Sürücü" filmində mənim oynadığım obrazın işlətdiyi "Buzovnada bir dənə xala var" ifadəsinə görə olur. İçində heç bir söyüş, heç bir təhqir olmayan bu ifadəyə görə neçə gündür bizə, ən çox da mənə təhqirlər yağdırıb linç edirlər.
Apa TV-in reportajında yazıçı Ömər Xəyyam filmdə problem görmədiyini deyib deyə indi də onun üstünə düşüb onu linç edirlər. Filmə baxanlar şahiddir ki, filmdə heç bir açıq-saçıq səhnə, söyüş yoxdur. Heç kim təhqir olunmayıb. Mesajı da çox aydındır ki, "özünə edilməliyi istəmədiyin şeyi başqasına edilməyini alqışlama". Amma bu adamlar bu filmi "cinayət" adlandırıb sildirmək üçün hər cür zorbalığı edirlər. Bir el məsəlində deyildiyi kimi "elin gücü bir olsa dağı yerindən oynadar". Amma bu insanlar öz güclərini Buzovnanın nə qədər problemi üçün birləşdirmək əvəzinə, gənc, hələ karyeralarının başında olan, öyrənəcək çox şeyi olan fağır sənətçilərə göstərirlər. Niyə? Çünki ən asanı əlinə telefon alıb öz mənəviyyatlarını əks etdirən ifadələrlə bizi təhqir edərək özünü ona-buna qeyrətli sakin kimi göstərməkdir. Bizi ən ağır söyüşlərlə təhqir edənlərin nədənsə Buzovna sahillərində yaşananlara qarşı isə qəzəl, şeir videosu çəkməkdən başqa nəyəsə cəsarətləri çatmır. / Olay.az