"Bunu alın ağzınıza" şeirinə görə Elzaya şok - Cəzalandırılır?

08 Sentyabr 2024
66e5e5f92b4af202409243729
1042

Əməkdar artist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Elza Seyidcahanın efirdə səsləndirdiyi “Tüpürüm sizin ağzınıza” adlı “şeiri” sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Sözügedən şeirin efirdə səsləndirilməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb və narazılıq doğurub. Hətta bunu E.Seyidcahanın insanları təhqir etməsi kimi dəyərləndirənlər də var. Əməkdar artist buna görə AYB-dən uzaqlaşdırıla bilərmi?

Globalinfo.az-a danışan AYB sədri Anar Rzayev məsələdən məlumatsız olduğunu bildirib.

“Hazırda bağda dincəlirəm. Məzuniyyətdə olduğum üçün televiziya və sosial şəbəkələri izləmirəm. Açığı, Elza xanımın necə bir şeir deməsindən məlumatsızam. İstirahətdən qayıdan kimi, həmin görüntüləri izləyəcəm”, - o deyib.

Anar Rzayev Elza Seyidcahanın AYB-dən kənarlaşdırılmasının mümkünlüyündən danışıb:

“Şeirlə tanış olduqdan sonra bir söz deyə bilərəm. Əlbəttə, bizim nizamnaməni pozan kəslər AYB-dən uzaqlaşdırılır. Məsələn, klassiklərimizi təhqir edən adam olub ki, biz onu kənarlaşdırmışıq. Elza Seyidcahanın şeirində də təhqir olarsa, tədbir görüləcək”.

***

Əməkdar artist Elza Seyidcahan yeni şeiri ilə gündəmə səs salıb.

Sənətçi qonaq olduğu “Rəngarəng” verilişində yazdığı “Sapım sizin ağzınıza, ağzınızı tikirəm” şeirini səsləndirib.

Seyidcahan yeni şeirinin fəlsəfi mənasını belə nəql edib:

“Mənim sapım çox məlhəmlidir. Əgər mən o sapla kiminsə ağzını tikmişəmsə, onun açmağının da zamanını bilirəm. Bunu mən özüm etmirəm. Bunu mənə Allah deyir ki, belə et”.

Həmin şeirin bir hissəsini sizə təqdim edirik:

Tikəcəyim çoxdur mənim,

Sapım sizin ağzınızda,

Ağzınızı söküm sizin.

Tanrı baxır üstümüzdə,

Göz önündə tikdim sizi…

Tanrı çatdı dadınıza,

Əmr elədi, söküm sizi,

Qarğışı silin ağzınızdan.

Sizin üçün diz çökürəm,

Qamətimi bükürəm.

Mən tikdiyim ağzınızdan öpürəm.

Bərk öpdüyüm ağzınızı silirəm.

Sildiyim o ağzınızı tikirəm.

Öpüb tikən ağzınızı sökürəm.

Boylanıram, içinizi görürəm,

Ağzınızın içində mən oluram,

Ağzınızı tikirəm, ağzınızı sökürəm. / olay.az