"Bu Şəhərdə"nin Qurban Qurbanovla bağlı səhnəciyi etiraz yaratdı - Video

16 Noyabr 2025
6919d86aabbe8202511255802
3368

"Bu Şəhərdə"nin "Ev Dar" adlı konsertində Qurban Qurbanovla bağlı səhnəcik müzakirələrə səbəb olub.

"Ölkə.az" xəbər verir ki, Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimovun 15 noyabrda Heydər Əliyev Sarayında təqdim etdikləri proqramda yer alan həmin epizod sosial şəbəkələrdə geniş reaksiyalara, narazılığa səbəb olub.

Tamaşaçılar arasında səhnəyə münasibət birmənalı olmayıb: bir qisim onu adi satira kimi dəyərləndirib, digər tərəf isə məşqçi obrazının bu formada təqdim edilməsinin nə dərəcədə məqsədəuyğun olduğunu müzakirə edib.

Həmin görüntüləri təqdim edirik: