Bu rayona 2 metrə qədər qar yağdı - VİDEO

Ötən gündən bəri bölgələrə yağan güclü qar Astara rayonunun Diqo kəndində fəsadlar yaradıb.  

Nəticədə yağan qar yolların bağlanmasına səbəb olub.

Kəndin içində hərəkət demək olar ki, tam məhdudlaşıb. Sakinlərin bildirdiyinə görə, bəzi yerlərdə qarın hündürlüyü 160 sm-ə çatır. Nəticədə kəndlə rayon mərkəzi arasında əlaqə kəsilib.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. / Nocomment.az