Bu məşhurun qızı atası barədə şok gerçəyi öyrəndi: İllərdir ata dediyi şəxs görün kim çıxdı - Video

“Mən artıq bunu illərdir gizlətməyə çalışırdım. Keçən il bildim ki, anam mənim anam deyilmiş, bu il isə öyrəndim ki, atam da doğma deyilmiş. Araşdırdım ki, bu məsələ necə olub. Öyrəndim ki, Masallı rayonunda uşaq vaxtı məni məscidin önündən tapıblar. Mənə dedilər ki, Esra Erol, Mügə Anlının verilişinə müraciət et və öz valideynlərini tap. Yazışmaları da paylaşacam. Mənə elə adam yazıb ki, özü Esra Erol və Mügə Anlı ilə çox yaxın olan biridir. Mən hələ düşünürəm. Buradan səslənirəm ki, anam, atam kimdirsə, dərhal ortaya çıxsın. Artıq dözə bilmirəm. Anasızlıqla barışdım, atasızlıqla barışa bilmirəm”.

Qeyd edək ki, bloqerin açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Çoxları onun psixoloji problemləri olduğunu iddia edir. Həmçinin, gündəmə gəlmək üçün bu yolu seçdiyini deyənlər də az deyil.

Xatırladaq ki, bir neçə gün bundan öncə A.Şükür keçmiş əri ilə olan aliment qalmaqalı ilə də müzakirələrə səbəb olmuşdu. Belə ki, Oqtay Əhmədov iki oğlundan imtina edib. / yenisabah.az