Bu il mobil operatorlar 1,2 milyard manat qazanıb

21 Dekabr 2025
6947961b29836202512253923
92

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələrin göstərdiyi xidmətlərin dəyəri 3464,5 milyon manat təşkil edib.

 

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

 

Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,1% çoxdur.

 

Dövr ərzində xidmətlərin 70,7%-ni əhali istehlak edib. Xidmətlərdən əldə edilən gəlirin 33,7%-i və ya 1166,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.