Bu gün vəfat edən 21 yaşlı tələbə Sevil - FOTO
Cəlilabad rayon sakini qızılca xəstəliyindən vəfat edib.
Rayonun Sabirabad kənd sakini 2002-ci il təvəllüdlü Sevil Cabbar qızı İbayeva bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Məlumata görə, o, ötən ayın 26-da xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırmış.
Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı. / Metbuat.az