Bu gün onları itirdik... - Foto
Hamı kimi onlar da bu gün işə getmişdi, evə isə qayıda bilmədilər.
Bu gün 4 vətəndaşımızı, 4 balamızı itirdik...Ən balacasının 18, ən böyüyün isə cəmi 27 yaşı var idi. Kim bilir nə xəyalları, nə arzuları var idi... Hamısı yanıb kül oldu...
27 yaşlı Cavidan Muradov (fotoda 1-ci)20 yaşlı Emil Quliyev (fotoda 2-ci)19 yaşlı Eltac Əliyev (fotoda 3-cü)18 yaşlı Əkbər Zeynalov
Qeyd edək ki, bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib. “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib. / Qafqazinfo.az