“Biznesimi quracam ki, anama kömək edə bilim” - Röyanın oğlu - FOTO
Xalq artisti Röya Ayxanın “14/41” albomunun təqdimatında oğlu Hüseyn də iştirak edib.
Estrada ulduzunun övladı OLAY-a açıqlamasında anasına olan arzularını dilə gətirib:
“Anama yalnız xoşbəxtlik arzu edirəm. Ətrafında hər zaman onu sevən insanlar, dostları çox olsun. Hər ad gününü bu cür dostları ilə keçirsin Anama hədiyyə almamışam. Çünki ondan hər dəfə soruşuram ki, sənə nə alım? O da cavab verir ki, heç nə lazım deyil, sən mənə Allahdan verilən hədiyyəsən”.
“Amerikada təhsil sistemi daha yaxşı olduğu üçün orada oxumaq istəyirəm. Həm də mənim ingilis dili biliyim olduqca yüksəkdir. Uşaqlıqdan bu dili öyrənirəm. İngiliscə düşünüb, danışıram.
İndi Dubayda təhsil alıram. Lakin 9-cu sinifdə Bakıya qayıdacam. Anam istəyir ki, onun yanında olum. Allah etməsin, mənə nəsə olsa, hər zaman yanımda olsun. 9-cu sinfi bitirdikdən sonra isə Amerikaya gedəcəyəm. Mən gələcəkdə biznesmen olmaq istəyirəm. Öz biznesimi qurmaq istəyirəm ki, hər zaman anama kömək edə bilim. Hələ nə biznesi ilə məşğul olacağımı düşünməmişəm. Amma qlobal bir biznes qurmaq istəyirəm, mağaza, ya şirkət. Hələ tam fikirləşməmişəm”. / Olay.az