Biədəb görüntüləri yayılan tanınmış aparıcı üzr istədi: Kameranın çəkdiyini bilmirdi - Video

TV 100 televiziyasının xəbər aparıcısı Kübra Par tamaşaçılardan üzrə istəyib. O, etdiyi əl hərəkətinə görə, üzrxahlıq edib. Aparıcı bildirib ki, o hərəkətini təsadüfən nümayiş etdirib və hansısa hadisəyə etirazla bağlı olmayıb. Qeyd edək ki, xəbərlər yekunlaşandan sonra kameranın çəkmədiyini hesab edən türkiyəli aparıcı əxlaqsız hərəkət etmişdi. Aparıcının bu hərəkəti həmkarları Barış Pehlivan, Serhan Asker ve Seda Selekin nəzarətə götürülməsinə etiraz məqsədi ilə etdiyi irəli sürülüb. ​