Bəziləri mahnılarımı, imicimi, danışığımı götürmək istəyir - Manaf

02 Mart 2024
65dfa21780de5202402241359
172

“Elə olur ki, dəstək göstərdiklərimi dilə gətirmirəm. Mənə nə Ağadadaş Ağayev, nə Qədir Qızılsəs, nə də Baloğlan Əşrəfov dərs deyib. Səhnəyə ilk gəldiyim gündən deyirəm ki, onlar mənim ustadımdır”.

Bu sözləri müğənni Manaf Ağayev “Həmin Zaur” proqramında qonaq olarkən deyib.İfaçı dəstək göstərdiyi, əvəzində ona qarşı xainlik edən müğənniyə ad çəkmədən ismarış göndərib:

“Sadaladıqlarımın səs yazıları ilə oxumağı öyrənmişəm. Hamısına qulaq asıb öz tərzimi yaradırdım. Ancaq mən onları özümə müəllim bilirəm. Bəziləri özünə sığışdırıb demir ki, filankəs mənə dəstək olub. O insanlar ki, birbaşa mənim çörəyimi yeyir. Mahnılarımı, imicimi, danışığımı götürməyi istəyir. Mənim heç yerişimi yeriyə bilməz. Görürsən ki, qəlb xaindir”. / olay.az