Bəziləri kimi tapşırıqla, bədən quruluşu ilə sənətə gəlməmişəm

18 May 2024
6648609bc3ce7202405240235
493

"Sosial şəbəkədə haqqımda xoşagəlməz ifadələr yazanlar vecimə deyillər. Səbəb odur ki, onların əksəriyyəti saxta səhifələrdəndir, yəni şəkili, adı olmayanlardır. Mən bu sənətə 24 il əvvəl gəlmişəm”.

Bu sözləri “Tarixin bir günü” verilişində müğənni Roza Zərgərli deyib.

O, ünvanına yazılan mənfi rəylərdən söz açıb:

“Bu sənətə gəlməyim üçün mənə heç bir kişi dəstək durmayıb, bir insan mənə pul verməyib. Mən özüm öz sənətimlə... Bəziləri kimi tapşırıqla, bədən quruluşu ilə, “day-day”, “əmi” və pul hesabına bu sənətə gəlməmişəm. Necə geyinirəmsə, bu, mənim şəxsi işimdir.

Siz, sosial şəbəkələrdə haqqımda neqativ şərhlər yazanlar, məni açıq-saçıq görmək istəyirsiniz. Bəs, niyə bəyənmirsiniz? Bu günlərdə yeni mahnıma klip çəkdirdim. Klipdə başımı çalma ilə örtmüşəm, yazıblar ki, “həci xanım”dır. Çalma nə vaxtdan “həci xanım” əlaməti olub?! Çalma – aksessuardır. Şlyapa taxmışam, yazıblar ki, “dama”san. Bir az oxuyun, mütaliə edin. Savadsız fikirləriniz və “plintus” səviyyəsində sözlərinizlə məni bezdirmisiniz”. / Olay.az