“Bəzi oxuyan oğlanların səsindən “qadın iyi” gəlir” - Xalq artisti bu müğənniləri biabır etdi

22 Yanvar 2024
65ae3221534d8202401241513
164

"Gündə yüzlərlə mahnı çıxır, Bakı küləyi kimi əsir gedir. Bir nəfər yüz, yüz nəfər bir nəfər kimi oxuyur. Səslər bilinmir".

Bu sözləri Xalq artisti Zaur Rzayev "Dikdaban" verilişində deyib. Müğənni bir çox ifaçıları tənqid edib:

"Kişi oxuyanda bilməsilən ki, kişi səsidir. Elə oxuyan oğlanlar var ki, səsindən qadın iyi gəlir, tembri yoxdur. Hamısına şamil etmirəm. Hamının səsi var, oxumalıdır? Səs var ki, 10 metr qarşıya çatmır. O qədər aparat var ki, səsi qaldır hara istəyirsən. Ya da başqa bir müğənninin səsini qoyur. Senzura, baxan yoxdur. İndi məqsəd odur ki, oxuyum, məni toya aparsınlar. Ya da müğənni oxumağa yalvarır ki, məni qabağa ver. Bu sənət deyil, elə bil bazarda göyərti satırlar". / Axsam.az