Bəy və gəlin öz toyunda faciəli şəkildə öldü - FOTO
Taylandda bəy öz toyunda faciə törədib.
Toyda bəy gəlin də daxil olmaqla 4 nəfəri güllələyib, sonra isə eyni silahla intihar edib. Hadisə Tailandın Nakhon Ratchasima şəhərindəki toyda baş verib. 29 yaşlı bəy Çaturonq Suksuk avtomobilindən götürdüyü tüfənglə 44 yaşlı gəlin Kançana Pachuntuek, gəlinin anası, bacısı və bir nəfəri güllələyib.
Bir nəfəri ağır yaralayan bəy daha sonra eyni silahla intihar edib. Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.