Baxsanız görəcəksiniz ki, sinəm... - Röyadan şok açıqlama
Müğənni Röya Ayxan bu dəfə sinəsi haqqında verdiyi açıqlaması ilə gündəmə gəlib.
Xalq artisti Röya Ayxanın bir neçə gün əvvəl dərin sinə dekolteli obrazda fotoları yayılıb. Bundan sonra ulduzun sinəsini böyütdürməsi barədə şayiələr yayılıb. Müğənni "Show News"a açıqlamasında məlumatı təkzib edib:
"2005-ci ildən bu günə qədər çəkilən fotolarıma baxın. Görəcəksiniz ki, sinəm eynidir. Dodaqlar belə eynidir. Mənə əməliyyat etdirmək olmaz. Qadınlarda toxunulmaz yerlər var, sonra mənə problem yarada bilər. Odur ki, əməliyyat etdirə bilmərəm. Altı xalam var, anam da daxil olmaqla hamısının sinəsi alma formasındadır".
Qarnı açıq libasda yayılan fotolarda ifaçının kökəlməsi də diqqətdən qaçmayıb. / Publika.az