2004-cü ildə Nəsimi rayonu Samir Hacıyev adına 5 saylı orta məktəbi, 2008-ci ildə ADU-nun Avropaşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin amerikaşünaslıq ixtisasını bitirib.
7 dekabr 2009-cu il tarixində ATV-də seçimlərdən keçərək, işə götürülüb. 2010-cu ilin sentyabr ayının 17-də 106 FM|106 və 106.3 FM dalğalarında "Son xəbər"i təqdim edib. 2011-ci il 20 iyun tarixindən ATV-də "Son Xəbər"in aparıcısı olub.
Müxtəlif vaxtlarda xəbərlərlə yanaşı, "ATV Dünya" proqramlarının aparıcısı olub. 2016-cı il 8 aprel tarixində ATV-dən ayrılıb.
2016-cı il 4 iyul tarixindən ANS-də "Salam, Azərbaycan" və "Xəbərçi" proqramlarını aparıb. 2016-cı il 18 iyul tarixdə ANS fəaliyyətini dayandırdığı üçün buradan ayrılıb. / milli.az