Baş Qərargah rəisi və “SEPAH”ın komandanı və alimlər həlak oldu - Şok iddia

13 İyun 2025
684b9428150a0202506255952
780

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqirinin İsrailin İrana endirdiyi zərbələr nəticəsində öldüyü ehtimal edilir.

“Reuters” mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, İsrailin hücumu nəticəsində Baş Qərargahın digər yüksək rütbəli zabitləri, eləcə də aparıcı nüvə alimləri də həlak ola bilərdi.

Öz növbəsində “SNN” nəşri hava zərbələri nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salaminin də həlak olduğunu yazıb. “Tasnim” agentliyi Hüseyn Salaminin öldüyünü təsdiqləsə də, İran hökuməti hələlik açıqlama verməyib. / Report 

***

İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib.

Bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.

İsrailin nəyi hədəfə aldığı hələlik bəlli deyil, lakin Tehranda partlayışlar olduğu bildirilir.

“Fars” agentliyi isə bildirib ki, İran paytaxtında ən azı altı partlayış səsi eşidilib.

Bu arada İsrailin müdafiə naziri İsrael Kats ölkə daxilində fövqəladə vəziyyət elan edib: “İsrail dövlətinin İrana qarşı qabaqlayıcı zərbəsindən sonra yaxın gələcəkdə ölkənin mülki əhalisinə raket və dron hücumu gözlənilir”.

Əhaliyə göndərilən xəbərdarlığa əsasən bütün maarifləndirici tədbirlər ləğv edilib, mühüm sənaye sahələri istisna olmaqla, müəssisələrin işi dayandırılıb, kütləvi toplantılar qadağan edilib. / Report