Bakıda qızların binanın damında etik olmayan görüntüləri yayıldı - Video

01 Sentyabr 2025
68b54f6b1d384202509254651
1404

Paytaxtın Xətai rayonu ərazisində gənc qızlar insanların həyatına təhlükə yaradacaq hərəkətlərə yol veriblər.

Bu barədə Ölkə.az-ın qaynar xəttinə görüntülər daxil olub.


Redaksiyamıza göndərilən videolarda qızların 9 mərtəbəli binanın damında siqaret çəkib içki içmələri öz əksini tapıb.

Onlar daha sonra içdikləri butulkanı binanın başından yerə atıblar. Həmin anda ərazidən azyaşlı uşaqların keçdiyi və bir neçə şəxsin əyləşdiyi görünür.

Xoşbəxtlikdən xəsarət alan olmasa da, onlar davranışları ilə həm özlərinin, həm də digər insanların həyatını təhlükəyə atıblar.

Görüntüləri yaxınlıqdakı binada yaşayan sakinlərdən biri lentə alıb.

Hadisənin Xətai rayonu, Aşıq Ələsgər küçəsində baş verdiyi bildirilir.

Videodakı şəxslərin yeniyetmə olduğu qeyd edilir.