Bakıda oteldə rəzillik: Pul ilə çağırdıqları qızlar... / VİDEO

19 Fevral 2024
65d2591cdcea2202402242308
8193
Xətai rayonunda yerləşən otellərdən birində baş verən hadisənin təfərrüatları bəlli olub.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, əylənmək istəyən gənclər otelə qızları çağırmaq qərarına gəliblər. Lakin bəlli olmayan səbəblərdən otelə qızlar deyil, 2 nəfər cinsi azlıq nümayəndəsi gəlib. Bu səbəbdən oteldə onların arasında mübahisə yaranıb. Belə ki, cinsi azlıq nümayəndələri otelə gəldikləri üçün pul tələb ediblər. Qarşı tərəf isə onların tələbini yerinə yetirməyib.

Hadisə ilə bağlı rəsmi məlumatda isə deyilir ki, mayın 22-də saat 22 radələrində Xətai rayonunda yerləşən otellərin birində Bakı şəhər sakinləri – 2003-cü il təvəllüdlü Sübhan Şərifzadə və 2004-cü il təvəllüdlü Samir Qədimzadə xuliqanlıq hərəkətləri törədiblər. Onlar paytaxt sakini 1979-cu il təvəllüdlü şəxsi döyüb, oteldə olan əşyaları isə dağıdaraq 1000 manat məbləğində ziyan vurublar.

Bu səbədən həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar və hadisə ilə bağlı prosessual qanunvericiliyə uyğun olaraq araşdırma başlayıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin bildirdiyinə görə, mayın 23-də saat 22:30 radələrində isə Faiq Əlverdiyev, Zaur Əsgərov, Əli Məlikov, Əli Əhmədov, Cavid Nəbiyev, Orxan Məmmədov və Seymur Allahverdiyev adlı şəxslər Xətai Rayon Polis İdarəsinin 37-ci poliş şöbəsinin qarşısında toplaşaraq məsuliyyətə cəlb edilən tanışları - Sübhan Şərifzadə və Samir Qədimzadənın saxlanılmasına etiraz olaraq səs-küy salıb, polis əməkdaşları ilə mübahisəli vəziyyət yaradıblar:

"Bu səbəbdən onlar polis bölməsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə göndərilib".

Qeyd edık ki, Xətai Rayon Polis İdarəsinin 37-ci poliş şöbəsinin qarşısında baş verən insidentin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Həmin görüntüləri təqdim edirik: